Bərdədə sərt karantində qonaqlıq baha başa gəldi - VİDEO

Bərdədə sərt karantində qonaqlıq baha başa gəldi - VİDEO












Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən altı nəfər saxlanılıb. Onlardan beş nəfəri haqqında protokollar tərtib olunaraq cərimə ediliblər, restoran sahibi olan bir nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib
Bundan əlavə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində işləyən dörd nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etdmədiyi aşkar edilib və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.
Bu istiqamətdə tədbirlər elan olunmuş karantin rejimi dövründə mütəmadi olaraq davam etdiriləcək.