Gədəbəydə prokurorluq hərəkətə keçdi

Gədəbəydə prokurorluq hərəkətə keçdi









Gədəbəydə prokurorluq hərəkətə keçdi Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “Korrupsiyalaşmış Gədəbəy səhiyyəsi” və “Gədəbəy səhiyyəsində mənimsənilən vəsaitlər” başlıqlı məqalələr dərc etmişdik. Məqalələrdə Ramiz Pirverdiyevin yarıtmaz rəhbərliyi ucbatından Gədəbəyin səhiyyə sistemində yaşanan acınacaqlı durum və rayonun səhiyyə ocaqlarında tüğyan edən korrupsiyadan bəhs olunurdu. Sonda onu da qeyd etmişdik ki, Aktualxeber.az-ın redaksiyasına baş həkim R.Pirverdiyevin və səhiyyədəki digər məsul şəxslərin 200 nəfərə yaxın adamlarının adına olan çoxlu maaş kartlarının siyahısı daxil olmuşdur. “Ölü canlar” olan bu şəxslərin 20 ildir ki, adına yazılmış maaşı mənimsəyən baş həkim və mühasibi Səkinə Tağıyevaya bu işdə havadarlıq edən isə uzun müddətdir ki, rayonun Maliyyə İdarəsinə rəhbərlik edən Namiq Məmmədovdur. Bu həmin N.Məmmədovdur ki, keçmiş icra başçısı Ramiz Yediyarovun “qara kassa”sı rolunu oynayırdı. Rayondakı bütün vəzifə təyinatları onun vasitəsilə həll olurdu. Gədəbəydə dövlətin vəsaitlərinin mənimsənilməsi bu gün də davam edir. Çox güman ki, rayona rəhbər təyin ediləndən haqında heç bir mənfi fikir eşitmədiyimiz icra başçısı İbrahim Mustafayevin bu maxinasiyalardan xəbəri yoxdur. Sonda onu da qeyd edək ki, Gədəbəy Rayon Prokurorluğunda bizim yazılarımızdan sonra araşdırmalara başlanmışdır. Ümidvarıq ki, yeni təyin edilmiş rayon prokuroru Əli Babayev obyektiv araşdırma apararaq günahkarların cəzalandırılmasına nail olacaq və dövlətə dəymiş ziyan da geri ödəniləcəkdir. Qarşı tərəfi də dinləməyə hazırıq.