Faciədən son anda xilas oldular – VİDEO

Faciədən son anda xilas oldular – VİDEO









Güclü qasırğa reklam bannerini yerindən qopararaq, böyük sürətlə küçə ilə sürükləyir. Həmin vaxt güclü küləyə qəfil yaxalanan sakinlər iri dəmir lövhə ilə toqquşmaqdan son anda qurtulublar.
Faciənin bir addımlığında olan insanların qorxulu anları ilə bağlı kadrları “Murom TV” yayımlayıb.

Məlumata görə, görüntülər Rusiyanın Vladimir vilayətində qeydə alınıb
Qeyd edək ki, regionda iyulun 15-də baş vermiş təbii fəlakət nəticəsində 100-dən çox ağac sınıb, park edilmiş avtomobillər dağıntılar altında qalıb. Ancaq xoşbəxtlikdən, xəsarət alan olmayıb.