“Öz sevdiyi qızla evləndi, hey tələsirdi...” - Şəhidimizin evindən VİDEOREPORTAJ

“Öz sevdiyi qızla evləndi, hey tələsirdi...” - Şəhidimizin evindən VİDEOREPORTAJ











Baş əsgər Elşad Məmmədov hərbi xidməti başa vurduqdan sonra orduda MAXE kimi xidmət etmək qərarına gəlir. Ailəsi buna razı olmasa da, Elşad fikrindən daşınmayaraq, çox önəmli postlardan birində xidmət etməyə başlayır. Sonrası isə bütün Azərbaycana məlumdur...
Qafqazinfo-nun əməkdaşları iyulun 12-də cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Elşad Dönməz oğlunun Ağdam kəndində yerləşən evində olublar.
1996-cı il təvəllüdlü şəhid Baş əsgər nümunəvi hərbi xidməti ilə yadda qalıb.
Şəhid atası Dönməz Məmmədov deyir ki, varı-yoxu bir oğlu var idi, o da vətən yolunda sinəsini qabağa verdi:
“Oğlunun qanı yerdə qalmadı, ordumuza güvənim tamdır”.
Elşadın anası Nuriyə Məmmədova isə hələ də oğlunun yoxluğuna inanmır:
“Şəhid anaları ürək yanğısı ilə bala yolu gözləyir...”
İndi şəhid valideynləri Elşaddan yadigar qalan altı aylıq Məhəmmədlə təsəlli tapırlar.