Bu cür hərəkət şəraiti faciəvi qəzalara yol açır
Paytaxtın Rəşid Behbudov küçəsi ilə Xaqani küçəsinin kəsişməsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkiyə reklam lövhəsi yerləşdirilib. Avtosfer.az xəbər verir ki, həmin reklam lövhəsi hərəkət iştirakçılarına ciddi təhlükə yaradır. Reklam lövhəsi piyada keçidinin yanında quraşdırıldığı üçün piyadalar yolun hərəkət hissəsini keçən vaxtı reklam lövhəsinin arxasından çıxırlar və nəticədə sürücülər piyadaları vaxtında görməyə çətinlik çəkir. Beləliklə, də bu cür hərəkət şəraiti faciəvi qəzalara yol açır.
Yol hərəkətinin təşkili ilə məşğul olan qurumlar yolları müayinə edərək bu cür təhlükələri yoldan yığışdırmalıdırlar. Lakin görünür ki, bu cür təhlükələrə reaksiya çox zəifdir. Belə olmasaydı hansısa fast-food yeməklərin reklamı piyadalarən həyatından daha dəyərli olmazdı...