İlham Əliyev Xalq artistinə mənzil bağışladı

İlham Əliyev Xalq artistinə mənzil bağışladı










Prezident İlham Əliyev Azərbaycanın Xalq artisti, aktyor Vidadi Həsənova mənzil hədiyyə edib.
AzBaku.org-ın xəbərinə görə, bu barədə Xalq artisti özü məlumat verib.
Dövlət başçısı tərəfindən aktyora üçotaqlı mənzil hədiyyə edilib.
O bildirib ki, mənzilin açarları onun ad günündə təqdim olunub.
“Möhtərəm Prezident! Bu əlamətdar gündə mənə və ailəmə bəxş etdiyiniz sevincə görə Sizə dərin təşəkkürümü bildirirəm”, - deyə o qeyd edib.oxuaz/