“Qanlı göl”ü qurutmaqla aparılan tikinti işləri dayandırılıdı - VİDEO

“Qanlı göl”ü qurutmaqla aparılan tikinti işləri dayandırılıdı - VİDEO











Paytaxtın Yasamal rayonu ərazisində “Qanlı göl” yaxınlığında aparılan tikinti işləri dayandırılıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
O bildirib ki, paytaxtın Yasamal rayonu ərazisində, “Tri korona” yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayət ETSN-nin əməkdaşları tərəfindən araşdırılıb:

“Ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub. Təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək”.

Xatırladaq ki, sözügedən ərazidəki “Qanlı göl”ün qurudulması və yerində yaşayış binasının tikiləcəyi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər paylaşılıb. Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti isə görüntülərin köhnə olduğunu demişdi.