Yaşlı qadın maskası olmayan insanlara hücum etdi - VİDEO

Yaşlı qadın maskası olmayan insanlara hücum etdi - VİDEO










Sosial şəbəkələrdə maskası olmayan kişiyə hücum edən yaşlı qadınla bağlı görüntülər yayılıb.
“Fox News”un məlumatına görə, hadisə ABŞ-ın San-Dieqo şəhərində qeydə alınıb.
Kadrlarda qadının gəncin üzünə gözyaşardıcı qaz püskürməsi görünür.


Zərərçəkənin yanında olan həyat yoldaşı hücum edən şəxsi məhkəməyə vermək fikrindədir:
“Mən ərimlə oturmuşdum. Biz yemək yediyimizə görə maskasız idik. Maska taxıb yemək olmaz axı”, - deyə, qadın bildirib.
Onun sözlərinə görə, yaşlı qadın onların masasına yaxınlaşıb, əvvəlcə qadına tərəf, sonra isə ərinin üzərinə gözyaşardıcı qaz püskürüb.