Azərbaycanda daha yeddi nəfər koronavirusdan öldü: 412 yeni yoluxma - FOTO
Azərbaycanda koronavirus infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb.
Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.
Hazırda aktiv xəstə sayı 6555 nəfər təşkil edir.