Gödəkqobu Bələdiyyəsinin qanunsuz əməlinə İcra Başçısının göz myummasına vadar edən nədir -Araşdırma

Zərdab rayon, Gödəkqobu kənd sakini Əhədov Abdulhəmid Abduləhəd oğlu tərəfindən “Xəbərfakt.Az” İnformasiya Agentliyinin elektron ünvanına 24 noyabr 2017-ci il tarixdə ünvanlanmış Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına müraciəti ürək ağrısız oxumamaq mümkün deyil.
Həmin Müraciətdə qeyd edilir: - “Mən və ailə üzvülərim üzləşdiyimiz qanunsuzluğa, haqsızılığa və özbaşınalığa görə ailə üzvülərim həyat yoldaşım Əhədova Nuranə Salman qızı, oğlum Əhədov Ramil Abdulhəmid oğlu, nəvəm 6 yaşı Əhədzadə Uğur Ramil oğlu ilə birlikdə Azərbaycan Respublikasının vətəndaşlığından imtina edirik.
Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayevin, Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Şüküralı Həsənovun, Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyevin, Zərdab rayonu Gödəkqobu kənd bələdiyyəsinin sədri Kapitay İxtiyatrovun, Zərdab Rayon İcra Hakimiyyəti Başçısının Gödəkqobu kənd ərazi üzrə nümayəndəsi Müzəffər İxtiyarovun və Gödəkqubu kənd üzrə Su Assosasiyasının sədri Əli Paşayevin bizim ailəyə qarşı etdikləri qanunsuzluqlarına, özbaşınalıqlarına etiraz olaraq Azərbaycan Respublikasının vətəndaşlığından ailəlikcə imtina edirik”.
“Azərbaycan Respublikasının vətəndaşlığından ailəlikcə imtina edirik” cümləsi ağır ittiham olduğuna görə həmin ailə ilə yaxından tanış olmaq, şikayətin mahiyyətini yerində araşdırmaq, həmin ailəyə bu fikirinin yanlış olduğunu onlara izah etmək və Möhtərəm Prezidentimiz tərəfindən əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılması, əhalinin ərzaq təminatı ilə bağlı qəbul edilmiş Dövlət Proqramları haqqında məlumatlandırmaq məqsədilə Zərdab rayonuna getdik.
Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının müavini ictimai-siyasi və hümanitar şöbənin müdiri Hacıyev Ramo Şahlar oğlu ilə görüşüb gəlişimizin məqsədini ona bildirdik. Ramo müəllim məsələdən xəbərdar olduğunu bildirdi. Hətta İcra Hakimiyyətinin Başçısının da bu məsələdən xəbərdar olduğunu bildirərək onu da qeyd etdi ki, bu məsələnin araşdırılmasını Başçı Ərazi idarəetmə və yerliözünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmmədov Ramiz Ağakərim oğluna tapşırıb.
Şikayətin mahiyyəti.
Ulu öndərimiz Heydər Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə gəldikdən sonra Müstəqil Azərbaycanın yeni qəbul olunmuş Konstitusiyasına və əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə uzaqgörən siyasətinin nəticəsi olaraq 16 iyul 1996-cı il tarixli “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması sərəncam imzalamışdır. Həmin Qanuna əsasən Zərdab rayon, Gödəkqobu Bələdiyyəsinin mülkiyyətinə kolxoz dövründən qalma üç balıqçılıq gölü verilmişdir.
Zərdab rayon, Gödəkqobu kənd sakini Əhədov Abdulhəmid Abduləhəd oğlu sahibkarlıq fəaliyyəti (balıqçılıq təsərrüfatı) ilə məşğul olmaq üçün Gödəkqobu bələdiyyəsinin sədri Kapitay İxtiyatrova müraciət edir. Bələdiyyə sədri bildirir ki, mülkiyyətimizdə olan üç gölün hamısı icarəyə verilib bəhanəsi ilə şikayətçiyə yox cavabı verir.
Kolxoz dövründə 17 ha sahəsi olan gölün mühafizəçisi işləmiş Abdulhəmid Əhədov bələdiyyə sədrinə bildirir ki, siz həmin gölün 8 hektarını icarəyə vermisiniz, qalan hissəsini də mənə icarəyə verin. Bələdiyyə sədri Kapitay İxtiyatrov israrla bildirir ki, həmin gölün sahəsi 8 hektardır.
Əhədov Abdulhəmid Abduləhəd oğlunun icarəyə göl sahəsi istəməsi Gödəkqobu kənd Bələdiyyəsinin 25.11.2002-ci il tarixli 11 saylı Qərarı və həmin tarixli icarə müqaviləsinə əsasən 17 ha sahəsi olan balıqçılıq gölünün 8 ha hissəsini icarəyə götürmüş Novruzov Bayram Əzim oğlunun xoşuna gəlməmişdir.
Abdulhəmid Əhədovun özünə və ailəsinə qarşı düşmənçilik prinsipi aparmağa başlamışdır. Bunu Zərdab RPŞ-nin İTQ-nin təhqiqatçısı tərəfindən 02 noyabr 2016-cı il tarixdə tərtib edilmiş və Zərdab rayon prokuroru tərəfindən 04 noyabr 2016-cı il tarixdə təsdiq edilmiş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair” yekun protokolunda Novruzov Bayram Əzim oğlunun verdiyi izat da təsdiq edir.
Bu hadisələrdən sonra Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayevə və digər qurmlara şikayət edən Abdulhəmid Əhədov hər zaman haqsız çıxarılır.
Zərdab Rayon İcra Hakimiyyətinin məqsədi
Şikayətçi Prezidentə müraicətində qeyd edir: - “..Mən dəfələrlə aidiyyatı orqanlara müraciət edib xahiş etmişəm ki, kənd ərazisində olan göllər ünvan reyestr idarəsi tərəfindən ölçülsün. Çünki həmin 3 təbii göl qeyd etdiyimiz kimi təxminən 45 hektar ərazini əhatə edir ancaq sənəddə 22 hektar qeyd edilib. Adicə metrə ilə ölçəndə bunu aydın etmək olur”.
Yuxarıda qeyd etdiyimiz kimi Abdulhəmid Əhədovun Prezidentimizə müraicəti ilə bağlı 27-28 noyabr tarixlərində Zərdab rayonunda olduq. Müraicətdən xəbərləri olan İcra Hakimiyyəti nə əvvəlki tarixlərdə nə də, biz orada olan müddətdə şikayətçi ilə görüşüb məsələyə aydınlıq gətirməmişdilər. Şikayətçi ilə görüşdükdən sonra Zərdab Rayon İcra Hakimiyyətinin Başçısının müavini ictimai-siyasi və hümanitar şöbənin müdiri Ramo Hacıyevlə təkrar görüşmək istədikdə o, birmənalı şəkildə bildirdi ki, bu məsələnin mənə heç bir aidiyyatı yoxdur. Sual yaranır İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar şöbəsinin əsas işi nədən ibarətdir?
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin bəzi müddəalarını Zərdab Rayon İcra Hakimiyyəti başçısı Lütvəli Babayevin diqqətinə çatdırmaq istərdik.
Həmin Əsasnamənin 1.4-cü bəndində bildirilir - yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar.
Həmin Əsasnamənin 3.1.1-ci bəndində isə - yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti qarşısında şəxsən məsuliyyət daşıdğı bildirilir.
2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması nəticəsində ölkədə iqtisadi artım sürətinin yavaşıması Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması zərurətini ortaya qoyurdu.
Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi əhalinin sosial rifahının yaxşılaşdırılması, dayanaqlı ərzaq təminatı mühüm əhəmiyyət kəsb etməkə yanaşı dövlət büdcəsinin neft sektorundan asılılığının qarşısını almağa xidmət edir.
Belə olan təqdirdə Kapitay İxtiyarov (Bələdiyyə sədri) – Müzəffər İxtiyarov (İcra nümayəndəsi, Kapitayın əmisi) – Xətai Novruzov (İcra nümayəndəsinin müavini, 17 ha gölü 8 ha adı ilə icarəyə götürmüş Bayram Novruzovun oğlu) üçlüyünün və onların əməllərinə susqunluqla seyrçi münasibəti bildirən Zərdab Rayon İcra Hakimiyyətinin məqsədi nədir?
Ümumi sahəsi 17 ha olan gölün 8 hektarını icarəyə verən Gödəkqobu kənd Bələdiyyəsi qalan 9 hektara necə nəzarət edir?Bələdiyyə mülkiyyətində olan 3 təbii gölün müəyyən hissələrini icarəyə verməklə Bələdiyyə büdcəsinə və əhalinin sosial rifahına zərbə vuran Gödəkqobu kənd Bələdiyyəsinin əməlinə hüquqi qiymət verilməməsinin səbəbi nədir?
Gödəkqobu kəndi ərazisində yerləşən Şor kanaldan balıq tutduğuna görə sahibkar Novruzov Bayram Əzim oğlu tərəfindən döyülərək dişləri qırılmış, şikayətçi Əhədov Abdulhəmidin oğlu Əhədzadə Ramil Abdulhəmid oğlunun şikayətinə obyektiv baxılmamasının səbəbi nədir?
Növbəti Prezident seçkiləri ərəfəsində əhalinin haqlı narazılığına səbəb olan və rayon sakinin ailəliklə azərbaycan vətəndaşlıqdan imtina etməsinin səbəblərini araşdırmayan Zərdab Rayon İcra Hakimiyyəti kimin dəyirmanına su tökür?
Bu və digər suallarla bağlı növbəti yazımızda daha ətraflı oxuyacaqsınız.
Yazıda adları hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq

Gödəkqobu Bələdiyyəsinin qanunsuz əməlinə İcra Başçısının göz myummasına vadar edən nədir -Araşdırma
Gödəkqobu Bələdiyyəsinin qanunsuz əməlinə İcra Başçısının göz myummasına vadar edən nədir -Araşdırma