Azərbaycanda daha altı nəfər koronavirusdan öldü: 279 yeni yoluxma - FOTO
Azərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb.
Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.
Bildirilib ki, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.
Hazırda aktiv xəstə sayı 5229 nəfər təşkil edir.