Çimərliklərdə nələr qadağandır? - SİYAHI

Çimərliklərdə nələr qadağandır? - SİYAHI














“Çimərlik daxilində hovuzlardan və su attraksionlarından istifadə qadağandır”.

AzBaku.org-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bildirib.

O qeyd edib ki, çimərlik ərazisində ictimai obyektlərin fəaliyyəti qadağandır:

“Burada yalnız çatdırılma xidməti mümkündür”.

O qeyd edib ki, çimərliklərdə müxtəlif musiqli proqramların təşkili də qadağandır.