Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto

Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto









Bu gün ölkəmiz müharibə şəraitindədir. Mənfur düşmənimiz olan erməni qəsbkarları hər zaman olduğu kimi, bu gün də öz təxribatlarından əl çəkmirlər. Məlumdur ki,bir neçə gün öncə Tovuz istiqamətində erməni qəsbkarları tərəfindən həyata keçirilən növbəti təxribat zamanı ordumuzun bir neçə gizir və zabiti şəhid olmuşdur. Təbii ki,şanlı ordumuz düşmənin budəfəki təxribatına da layiqli cavab verərək onları böyük itkiyə məruz qoymuşdur.

Bütün baş verənlərlə bağlı ölkə Prezidenti cənab İlham Əliyev hər zaman olduğu kimi bu dəfə də beynəlxalq təşkilatlara səslənərək məsələnin sülh yolu ilə həll olunmasına dair öz mesajını vermişdir. Əlbəttə ki,bütün bunlara baxmayaraq Prezident İlham Əliyev xalqın yaşayış rifahının yaxşılaşdırılması üçün keçirdiyi müşavirələrdə məmurlara daima xüsusi göstərişlərini verərək,vətəndaşlarla hər zaman yaxın ünsiyyətdə olmalarını tövsiyyə etmişdir.

Amma təəssüf hissiylə qeyd etmək istərdik ki,bu cür göstərişlərdən və tövsiyyələrdən nəticə çıxarmayan məmurlar hələ də mövcuddur. Bildiyiniz kimi ötən ilin son aylarından etibarən ölkə Prezidentinin göstərişinə əsasən bir çox dövlət qurumlarında kadr islahatları aparılmışdır. Hətta aparılan islahatlar nəticəsində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək öz şəxsi mənafeləri uğurunda çalışan bir neçə İcra başçılarının həbsi də qaçınılmaz oldu.





Bəs görəsən yeni təyin olunmuş İcra başçıları verilən vəzifənin öhdəsindən necə gəlirlər?

Dəyərli "DogruXeber.az" informasiya agentliyinin izləyiciləri! Bu gün sizlərin diqqətinə çatdıracağımız məlumat hesab edirik ki,hər kəsin marağına səbəb olacaqdır. Təbii ki,bir az əvvəl Qarabağ müharibəsi haqqında qeyd etdiyimiz məlumatlar əbəs yerə deyildir. Məhz bugün barəsində bəhs edəcəyimiz şəxs 1993-cü ildən etibarən 5 ilə yaxın müddətdə Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş Ağsu rayon sakini Məmmədov Fəyyaz Adıgözəl oğlu haqqında olacaqdır. Ağsu rayonunun keçmiş İcra başçısı Ənvər Seydəliyevin dövründə Qarabağ müharibə iştirakçısı Məmmədov Fəyyaz Adıgözəl oğlu barəsində mətbuatda çox sayda məlumatlar dərc olunmuşdur.



Bu şəxsin yaşam tərzi o qədər acınacaqlı vəziyyətdə idi ki,hətta onun yaşadığı yerdə heyvanları saxlamaq belə əlverişsiz idi. Deyilənlərlə yaxından tanış olmaq istəyən şəxslərin diqqətinə çatdırmaq istəyirik ki,aşağıda təqdim etdiyimiz videoçarxı izlədikdə hərşey aydın şəkildə öz gözləri ilə görəcəklər. Nəzərinizə çatdıraq ki,Qarabağ müharibəsinin iştirakçısı və eyni zamanda üç azyaşlı övlad atası olan bu şəxsin yaşadığı bütün istirabları videokadrlara alaraq aidiyyatı qurumların diqqətinə çatdırmağı xəbər agentliyi olaraq özümüzə borc hesab etmişdik. Əlbəttə ki,apardığımız mücadilə uğurlu sonluqla nəticələndi.
Hər zaman kasıbın,fəqirin,yetimin və kimsəsizlərin yanında olan ölkə Prezidenti cənab İlham Əliyev və ölkənin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva bu dəfə də öz diqqət və qayğılarını Qarabağ müharibə iştirakçısından əsirgəmədilər. Belə ki,qısa zaman ərzində Heydər Əliyev fondu tərəfindən bu ailə üçün müasir standartlara uyğun olaraq gözəl bir mənzil inşa edildi.
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto

Təbii ki,ölkə başçısının bu cür möhtəşəm diqqət və qayğısı ailənin inanılmaz sevincinə səbəb olmuşdur. Diqqətinizə bir məlumatı da çatdıraq ki,ailənin yeganə gəlir mənbəyi yalnız və yalnız müharibə iştirakçıları üçün verilən 80 manat təqaüd oluğuna görə mənzildə bəzi kommunal xidmətlərin çəklişini və bərpasını təmin etmək ailə üçün mümkünatsız olmuşdur. Görülən bu qədər böyük işin qarşısında yaranmış kiçik bir problemin həllində rayon İcra hakimiyyətinin soyuq münasibət göstərməsi bizim üçün də təəccüblüdür. Ailənin problemi bununla da bitmir. Fond tərəfindən inşa olunmuş mənzilin əhatəsi hasarlanmadığı üçün ailədə olan körpə uşaqların həyatı hər an təhlükə altındadır.

Təhlükənin yaranması isə qaçınılmazdır. Çünki inşa olunan mənzil çay qırağında olmaqla yanaşı dörd bir tərəfini meşə sahəsi əhatə edir. Meşədə vəhşi heyvanların olması isə rayon sakinlərinin hər birinə yaxşı məlumdur. Bu səbəbdəndir ki,hava qaranlıq olandan sonra hər iki valideyn körpə uşaqlarının həyətə çıxmasından böyük narahatlıq keçirirlər. Qarabağ veteranı F.Məmmədovun sözlərinə görə yaşadıqları bu ağır vəziyyətlə bağlı rayon İcra başçısı V.Tağıyevin qəbulunda olaraq ondan xahiş edib ki,rayon ərazisində söküntü kubiklərdən ona bir-iki maşın köməklik etsin ki,yaranmış təhlükənin aradan qaldırılması üçün kiçik bir hasar çəksin. Amma nə fayda,edilən xahişin qapıya qədər qüvvəsi var imiş. İndi ümidsiz qalan veteran ailəsi son ümid yeri olan mətbuat vasitəsi ilə ölkə başçısından imdad diləyir.
Bu hələ son deyil..!!
Ardı var...!!!
Söz haqları olduğu üçün adları çəkilən şəxslərin mövqeyini dinləməyə hazırıq:
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/FotoQarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto
Qarabağ veteranının ailəsində yaranan təhlükəyə İcra başçısı nə üçün məhəl qoymur?-Video/Foto