Parlamentin iclasına mini ətəkdə qatılan deputat sərt tənqidə tuş gəldi
Cənubi koreyalı deputat Ryu Hoçjonun parlamentin iclasına mini ətəkdə gəlməsi tənqidə və ictimai müzakirələrə səbəb olub.
“RİA Novosti” agentliyi xəbər verir ki, 27 yaşlı R.Hoçjon parlamentin ən gənc deputatıdır.
Qadın millət vəkili onu tənqid edənlərə cavabında qeyd edib ki, parlamentin nüfuzu və fəaliyyəti millət vəkillərinin geyiminə görə qiymətləndirilməməlidir.
O əlavə edib ki, tənqidlərə rəğmən, bəyəndiyi geyimdə parlamentin iclaslarında iştirak etməkdə davam edəcək.
R.Hoçjonun təmsil olunduğu “Ədalət partiyası” da hadisəyə münasibət bildirib.
Partiyanın yaydığı bəyanatda qeyd olunur ki, qadın siyasətçinin fəaliyyətinə görə yox, xarici görünüşünə əsasən müzakirə edilməsi təəssüf doğurur.