Avtomobilin bu buraxılışı "Ulduz müharibəsi" layihəsinin 8-ci seriyasına həsr edilib
Nissan" avtomobil şirkəti son dövrlərin trend layihəsi - "Ulduz müharibəsi" çərçivəsində fantastik avtomobil istehsal edib. Avtosfer.az xəbər verir ki, avtomobilin konsepti nəhəng "TIE Fighter" qırıcısının dizaynını xatırladır.
2018-ci il üçün hazırlanan model Kaliforniyanın məşhur avtomobil layihəsi olan "LA Auto Show"-da təqdim ediləcək. Hazırlanan ilk modelin üzərində Nissan Altima modelinin dizaynerləri ilə "Lucasfilm" çəkiliş heyətini birlikdə çalışıb. Nissan "TIE Fighter" modelinin siqnal səsi silah atışması effektində yığılıb.
Bundan əlavə, avtomobilin təkərlərində normal disklərdən fərqli olaraq, çanaq anten dizaynında xüsusi rənglənmiş disklər yerləşdirilib. Avtomobilin bu buraxılışı şirkət tərəfindən xüsusi olaraq "Ulduz müharibəsi" layihəsinin 8-ci seriyasına həsr edilib. Hələki avtomobilin satış qiyməti haqqında heç bir məlumat verilməyib.