Rusiyalı Prof. Yevgeni Satanovskiyə açıq Məktub

Rusiyalı Prof. Yevgeni Satanovskiyə açıq Məktub















Şərqşünas və iqtisadçı professor, Rusiya Dövlət Dumasında dini təşkilatlar və vicdan azadlığı komitəsinin baş eksperti, TV kanallarda şərhçi kimi tanınan Yevgeni Satanovski cənabları sizi, bizlər daha çox son zamanlar “Ermənistan”- Rusiya hərbi birliklərinin Azərbaycan Respublikası ərazisinə hərbi təcavüz zamanı yaranmış krizislərin üzərindən oynanılan siyasi proseslərdən tanıyırıq. Sizin erməni mətbuat orqanlarına verdiyiniz açıqlamalarınız onlar tərəfindən işiqlandırılaraq geniş şəkildə tirajlanmaqdadır. Bu açıqlamalarınızdan biri də “Novosti armeni” TV ilə olmuşdur. Siz Tv açıqlamanızda Turan Partiyasının Rusiyanın dağıdılması üçün yarandığını iddia edərək, Türkiyənin tarixi ərazisi olan Ağrı dağını yanlış olaraq Ararat adlandırıb həmin ərazilərin ermənilərə və Azərbaycan Respublikasının ərazilərinin də “persiya” olduğunu iddia edirsiniz. Bununla yanaşı Rusiyanı dağıtmaq üşün yaradılmasını iddia etdiyiniz Turan Partiyasının Başqanı olaraq mənim Rusiyada yaşayan yerli müsəlman qardaşlarımıza, türk toplumlarına müraciətimi geniş şərh edirsiniz. Nə demək istəməyinizi geniş şərhini vermədən, Rusiyada öz tarixi ərazilərində yaşayan müsəlman qardaşlarımızla yanaşı, dinindən asılı olmayaraq bütün türklərin birlik içində olmalarına çağrışımız sizi olduqca narahat etdiyi hiss olunur.
Satanovski cənabları, onu da xatırladlm ki, sizlər türk düşmənçiliyinə ermənilər kimi o qədər yuvarlanmısınız ki, dünyanın gözü önündə Rusiya imperialist güclərinin əli ilə yaradılan Ermənistanın bütün ərazilərinin Azərbaycan torpaqları olduğunu bildiyiniz halda, Ağrı dağına “ararat” və oranın erməni torpağı olmasını deməkdən belə, çəkinmirsiniz. Onu da unudursunuz ki, “persiya” kiçik bir ərazidir və bu ərazi də azərbaycandadırsa, oraya “persiya” deməyin özü bir xəstəlikdir. Bu xəstəliyin adı “fars-erməni xəstəliyidir” ki, Rusiya elitasının böyuk bir qismi bu xəstəlikdən əziyyət çəkir.
Siz bizim partiyanın Rusiyanı dağıtmaq üçün yaranmasını idda etmənizlə ciddi yanlışlıq içindəsiniz. Əslində Rusiyanı dağıdan sizin kimi düşünən dövlət ağlı, və erməniçilik eden dar düşüncəli Rusiya elitasıdır. Biz Rusiya ilə qonşu və bərabər hüquqlu dövlətlər kimi dost olmaq istəyirik. Amma sizlər Azərbaycanı işğal edənlərlə birlikdə bizim ölkəmizə qarşı düşmənçilik edib, Azərbaycanı Rusiaya qarşı qoyursunuz.
Sizin kimi düşünən Rusiya elitası Krımı, Luqanskı, Donetskini işğal edib slavyan birliyini darmadağın edirsiniz. Qazaxistan kimi dövlətə ərazi iddiası edərək Mərkəzi Asiya dövlətlərini Rusiyaya düşmən edirsiniz. Belorusa “Vagner” terorçu birliklərini yerləşdirərək slavyan birliyunin əks cəbhədə yaranmasını təmin edirsiniz.
Sizin kimi düşünən Rusiya dövlətinin ağlı ölkənin federal subyektlərinin huquqlarını tam mərkəzləşdirərək federasiya xalqlarını dövlətdən uzaqlaşdırırsınız. Rus millətini imperiya xəstliyi ilə uyudaraq dünya millətlərindən ayırıb hüquqsuz edirsiniz.
Cənab Satanovski, biz bu gün heç yeri dağltmaq niyyətundə deyilik. Biz tarixi və işğal olunmuş ərazilərimizin azad olunması üçün müdafiə olunuruq. Rusiyada yaşayan və haqları tapdanan bütün insanları, toplumları müdafiə etməklə onları haqlı davanızda biİmlə olmağa səsləyirik.
Sizin kimi düşünən Rusiya elitası dövlət ağlı ölkənizin dağılmasını istəmirsinizsə, Azərbaycanı uşğal niyyətinizdən əl çəkməlisiniz. Krım və Donetskidən çıxmalısınız. Qazaxstana, Belorusa və digər dövlətlərə qarşı ərazi iddiasını dayandırmalısınız. Rusiyanın qanuni federal subyektlərinin hüquqlarına hörmətlə yanaşıb, bütün millətlərin haqlarını tapdalamamalısınız. Bizlər də qonşu dövlətlər olaraq bölgəsəl iqtisadi imkanlarımızı xalqlarımızın rifahına yönəldə bilək. Bütün bunlara indi daha çox hüququ tapdanan Rus millətinin böyük ehtiyacı vardır.
Sayğılarla
Cahandar Bayoğlu
Turan Partiyası Başqanı Yığcam Göstər