Ukraynada koronavirusun ikinci dalğası başladı
“Pandemiyanın ikinci dalğası payızın ortalarında gözlənilirdi, amma indi başlayır”.
Korrespondent.net xəbər verir ki, bunu Ukraynanın Səhiyyə naziri Maksim Stepanov deyib.
“Biz ikinci dalğanın oktyabr-noyabr aylarında olacağını, yəni mövsümi qrip epidemiyası ilə birgə xəstələrin sayında əhəmiyyətli artım müşahidə ediləcəyini hesab edirdik. Bütün dünya belə düşünürdü. Beynəlxalq aləm COVID-19 xəstələrinin payızda, oktyabr-noyabr aylarında yoluxma sayının əhəmiyyətli dərəcədə artacağına inanırdı. İndi bütün Avropa ölkələrində də COVID-19 xəstələrinin sayında kəskin artım qeydə alındığını görürük”, - deyə ukraynalı nazir bildirib.
Stepanovun sözlərinə görə, Ukraynada ikinci dalğa üçün xəstəxanalar hazırlanıb.