Bakıda özünü dənizə atan şəxsin xilasedilmə anları - VİDEO

Bakıda özünü dənizə atan şəxsin xilasedilmə anları - VİDEO













Bakıda intihara cəhd hadisəsi baş verib.

AzBaku.org-ın məlumatına görə, hadisə Dənizkənarı Milli Parkda olub.
Belə ki, 1998-ci il təvəllüdlü Mürşüdov Miri Raqif oğlu özünü dənizə atıb.
O, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.oxuaz/