Ramiz Mehdiyevin nəvəsinin toyunda tost deyən Abel Məhərrəmov və digərləri cəzalandırıldı

Ramiz Mehdiyevin nəvəsinin toyunda tost deyən Abel Məhərrəmov və digərləri cəzalandırıldı












Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.
Hhəmin toyda iştirak edən digər vəzifəli şəxslər də cəzalandırılıb.
Belə ki, mərasimdə tost deyən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Fİlarmoniyanın direktoru Murad Adıgözəlzadə barədə hüquq çərçivəsində tədbirlər görülüb. Hər biri 400 manat məbləğində cərimələnib.
Eyni zamanda Millət vəkili Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və filarmoniyanın direktorunun həyat yoldaşı Aysel Adıgözəlzadə hər biri 400 manat cərimələnib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə faktı təsdiq ediblər.
Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.
Xatırladaq ki, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyev və onu qudası Rövşən Mustafayevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Hər iki şəxs 15 sutka müddətinə inzibati qaydada həbs olunub.