Azərbaycanda İqtidar Müxalifət mübarizəsi yoxdu.

Azərbaycanda İqtidar Müxalifət mübarizəsi yoxdu.











Azərbaycanda Dövləti qoruyanlarla, Dövləti dağıdanların savaşı var.
Baş verən çox saylı son siyasi prosesler bir daha sübut etdiki, Azerbaycana qarşı olan düşmən güçlərin uzantıları həm iqtidara, həm də müxalifətə elə sarılıblar ki, dövlətimizin varlığı təhlükədədir. Düşmən Güclərin İşğal Ordusunun(DGİO) örgütlənməsinin böyük qismi Azərbaycanın parçalandığı 1813, 1828 ci illərə dayanan, qırmızı bolşeviklərin işğalı ilə daha güclənən Rus imperiya güclərinin əli ilə olmuşdur. İyirminci yüzilliyin sonunda Azərbaycan Respublikasının müstəqillik uğrunda mübarizəsində Rus imperiya güçləri zəifləsə də varlığını qorumağı bacardı. Bu dövr İran fars şovenist dairələri özlərinə mümbit şərait görüb şiyəçilik adıyla təşkilatlanmağa başladı. Soros kimi kürəsəlçi güclər demokratiya pərdəsi demokratları və Türk pərdəsi ilə Fətullahı örgütlədi. Tək təşkilatlanmayan Türkiyə oldu. Türkiyənin Azərbaycana, Azərbaycanın Türkiyəyə sevgisi bir millət olduğumuz üçün bir rahatlık oldu. Məncə bu daha çox Türkiyənin dövlət olaraq Azərbaycanın müstəqilliyinə hazırsızlıq olmasından qaynaqlanmaqla yanaşı, Fetö kimi örgütlərin əliylə özünün dış güclər tərəfindən sarılmasıyla bağlıydı. Əli qolu bağlı Türkiyə azad davrana bilmədi. Bu güclər 1993 ilində Azərbaycanda Milli lider Elçibəyi prezidentlikdən uzaqlaşdıra bildilər. Daha təcrübəli Heydər Eliyev də bu güçlərin çevrəsindəydi. Bütün metodlarla xalqın içərisindən çıxan insanlar dövlət quruculuğundan, siyasi təşkilatlardan uzaqlaşdırılırdı. Müxalif siyasi təşkilatların böyük bir qismi demokratiya adıyla soros tipli kürəsəlçilərin kontrolunda formalaşdı. Rusiya, İran, Fətullah iqtidarı sardı. Türkiyə müxalifətdə Elçibəylə, İqtidarda Heydər Əliyevlə bağlarını qoruyb saxlaya bildi. Dış Güçlərin İşğal Ordusunun yapılanması, Azərbaycanda qarşıdurmanı gücləndirib xalqın həmrəyliyini, siyasi mühitin liberalaşmasının qarşısını aldı. Bu güclər Elçibəyin Kələkidən Bakıya gəlişində milli barışıq konsepsiyasına dirəndilər, Elçibəyi Mafiya ilə birlik olur deyib şantaja keçdilər. Bu güclər 1998 ilində Elçibəyi müxalifətin vahid namizədi olmasının qarşısını aldılar. Müxalifətin radikallaşması, iqtidardakı ayaqlarının mövqeyini gücləndirirdi. Elçibəyin 2000 , Heydər Əliyevin 2003 ilində dünyasını dəyişməsi bu güçlərin meydanını genişlətdi və onları gücləndirdi. Bu qüvvələr 2003 ilində müxalifəti inqilab dağıdıcı obrazda göstərib, İqtidardakı əvəzedilməzliklərini təmin etdilər. Diş Güclərin İşğal Ordusu müxalifəti, iqtidarın böyük qismini ələ keçirəndən sonra, prezidenti ələ keçirə bilməsek onu da özlərindən biri ilə əvəzləməyi hədəflədilər. Dış Güçlərin İşğal Ordusunun başçısı artiq Boz kardinal adlanan Ramiz Ənvəroviç idi. Ramiz Ənvəroviç , Moskva, Tehran və kürəsəlçi güçlərin demokrat və Fətullah örgütünün tək təmsilçisiydi. O Rusiyanun, İranın Azərbaycanda güçlənməsiylə yanaşı, kürəsəlçi güçlərin İqtisadi maraqlarının təminatçısı idi. Ortada böyük pullar dönürdü, bu pulların sayesində Rusiya İran generalları, agentura şəbəkəsi maliyələşirdi, müxalifətdə olan “demokrat” fiqurlar basın, nümayəndələri qaynaqlanırdı. Türkiyənin tək bağlı qaldığı Azərbaycan xalqı və Prezident İlham Əliyev idi. İqtidarı saranlar daha güclənmək üçün müxalifətdəki demokratlarını zaman zaman daha radikal davranmağa meyilləndirib xilaskar sədaqətli obrazı toxunulmaz edirdilər. Əzilən millətçiıər, bağımsızlıq əskərləri, xalq və dövlət idi. Bu siyasət 2016 15 iyul Türkiyədə olan FETÖ darbəsinə qədər davam etdi. Artıq Türkiyədə məğlubiyyət olan kürəsəlçi güçlərin Fetullahı darmadağın edilməyə başlamışdı. Azərbaycanda olan Fətullah təhlükəylə üzləşmişdi. Ramiz Ənvəroviçin sayəsində manevrlər vardı, FETÖ olmayanlar FETÖ kimi şərlənirdi. Türkiyə bağımsızlaşdıqca yalanları ifşa olurdu. Bağımsız Türkiyə gücləndikcə Prezident İlham Əliyev də güclənirdi. Bu siyasət Azərbaycanla Türkiyəni yaxınlaşdırdı. İqtisadi bağlarımız daha da möhkəmləndi. Bu gücün qarşısında Dış Güçlərin İşğal Ordusu narahat idi, Ramiz Ənvəroviç çırpınırdı. Belə bir durumda Prezident İlham Əliyev Ramiz Envəroviçi görəvdən almalı oldu. Ramiz Ənveroviç görəvdən alınsa da müxalifətdə və iqtidarda olan gücü yerindəydi. Nəhayət Ptezident İlham Əliyev gücü bitməyən bu örgütü dağıtmağa və həpslərə aldırmağa başladı. Ramiz Ənvəroviçin həpsi də gündəm oldu. Belə bir durumda Rusiya ermənistan adlanan yerdən Tovuz bölgəsinə hücuma keçib, Azərbaycanı qarışdırıb, iç kavqa yaratmağı həyata keçirməyə başladı. Azərbaycan ordusunda olan milli güclər bu hücumun qarşısında dirəndikləri zaman, Türkiyə dövlət olaraq dövrəyə girdi. Savaş davam edərsə İrəvana girərik diyərək ciddi bir dirəniş göstərdi. Savaşın ziyanlarına olacağını görən güclər geri çəkildilər. Türkiyə ordusu Azərbaycanda hərbi təlimlərə başladı. Türkiyə Azərbaycan Əsgəri birlikləri daha yaxınlaşdı, ordumuz müasir silahlarla təmin olundu. Türkiyə gücləndikcə Azərbaycandakı milli qüvvələr feallaşdılar Azərbaycan Türkiyə Konfederasiyası gündəm oldu. Dış Güçlərin İşğalçı Ordusunun silahlı gücü Rusiya min oyun oynamağa başladı və bu oyunlar həkə də davam edir. Tək məqsəd Türkiyə Azərbaycan yaxınlığının qarşısını almaq, Dış Güclərin İşğalçı Ordusunun və təmsilcisinin mövqeyini qorumaqdı. Rusiya, İran, Yerevan, Kürəsəlçi Demokrat və Fətullah(Dış) Güçlərin İşğalçı Ordunu və lideri Ənvəroviçi qorumaq mümkün olmadıqca, bu güclər iqtidarda, müxalifətdə olan yalançı görüntüdən vahid bir güç halında meydana çıxmağa çalışdılar .Bu qərarlığın qarşısında duran tək əngəl sosial bazalarını bu siyasətə hazırlamaqdı. Elə bir siyasət güdülməlidir ki, müxalifətdə olan əzilən, təhqir olunan sosial baza, onları əzənlərlə bir birlikdə olmalarını qəbul edə bilsinlər. Bu gedişin məcburi gediş olduğunu qəbul etdirsinlər. Bunun üçün Prezident və ailesi hədəf götürülməli,Ənvəroviç mübariz zərərçəkən xilasgar kimi meydana çıxmalıydı. Artıq bu proses başlamışdır. Ənvəroviç hərəkətə başlayıb müxalifətlə əməkdaşlığa zəmin hazırlanır. İndi hər birini bir şey düşündürür, gərçək əliyevçiləri Ənvəroviç İlham Əliyevə qarşı, gərçək Elçibəyçiləri oyunçu “demokratlar” yalanlarına inandıra biləcəklərmi. 30 il və daha dərin Dış Güclərin İşğal Ordusunun(Dövlətə qarşı güç) hədəfi Prezident İlham Əliyev, Bağımsız Azərbaycan dövləti, Azərbaycan Türkiyə qardaşlığı- birliyi və millətçi qüvvələrdi(Dövlət Gücü). Belə olduğu halda Azərbaycanda iqtidar müxalifət savaşı olmadığı aydınlaşır. Azərbaycanda Dövləti qoruyanlarla, dövləti dağıdanların savaşı var. Mən inanıram ki, bu savaşda Gərçək Elçibəyçilər, Əliyevçilər, xalql və Dövlət Gücünü seçəcək. Savaşı bu başdan Dış Güçlərin İşğal Ordusu (Dövlətə Qarşı Güç) uduzmuşdur.
Yaşasın Bağımsız Bütöv Azərbaycan!
Cahandar Bayoğlu
Turan Partiyası G. Başqanı