Orta məktəblərdə dərslər necə təşkil olunacaq? - Nazir açıqladı + VİDEO
Beşinci sinifdən doqquzuncu sinifə qədər şagirdlər həm əyani, həm də onlayn tədrisə başlayacaq.
Oxu.Az-ın müxbiri Təhsil Nazirliyinin brifinqindən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, burada da tədris prosesində epidemioloji vəziyyət nəzərə alınmaqla, növbəti mərhələli addımlar müəyyənləşdiriləcək.
Nazir qeyd edib ki, bütün proseslər qaydasında gedərsə, ümumilikdə 1 milyon 300 min şagirdin uyğunlaşdırılmış formada hissə-hissə tədrisə qaytarılması planlaşdırılır.