Azərbaycanlı biznesmeni intihara məcbur edən polis həbs edildi

Xəbər verdiyimiz kimi, noyabrın 22-də Moskva vilayətinin Korolyov bölgəsində meyvə satışı ilə məşğul olan azərbaycanlı Rövşən Allahverdiyev özünü yandırıb.
AzBaku.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Allahverdiyevi intihar həddinə çatdıran polis kapitanı Mixail Vinoqradov həbs edilərək barəsində cinayət işi başlanıb.

Qeyd edək ki, mütəmadi olaraq azərbaycanlı sahibkardan pul alan polis kapitanı M. Vinoqradov hadisə baş verən gün R. Allahverdiyevin yanına gəlib. Podlipka stansiyası ətrafında meyvə-tərəvəz piştaxtası olan R. Allahverdiyev bu dəfə polis kapitanına “haqq” verməkdən imtina edib. Bu zaman Vinoqradov onu piştaxtasını yandırmaqla hədələməyə başlayıb və avtomobilindən benzinlə dolu şüşə qab götürərək Rövşənin və piştaxtanın üstünə töküb. Polisin hədəsindən bezən Rövşən kibriti özü alışdırıb. Nəticədə azərbaycanlı iş adamı yanıb.

Podlipka stansiyası ətrafında çalışan digər azərbaycanlılar R. Allahverdiyevi dərhal xəstəxanaya çatdırıblar. Ağır yanıq xəsarətləri alan azərbaycanlı reanimasiyaya yerləşdirilib.