Memarlıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanında iştirak etmək üçün bu il sentyabrın 6-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçməlidirlər.
Bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda qeyd olunub.
Belə ki, memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.
Qeyd edək ki, memarlıq ixtisasına qəbul olmaq üçün müsabiqədə I ixtisas qrupu üzrə imtahan verən, ümumi balı 200 və daha yuxarı olan və Qabiliyyət İmtahanı Komissiyasından (QİK) məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər. QİK-in tərkibinə memarlıq ixtisası üzrə ekspertlər daxildirlər.
Qeydiyyatdan keçən abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək.
Ali təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (o cümlədən memarlıq) üzrə məlumatlar 2020-ci ildə nəşr edilən “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilib.
Bizimlə əlaqə saxlayın