Azərbaycan DTX Rəhbəri sayın Əli bəy Nağıyevə
Sayın Əli bəy bu gün Rusya saytlarının birində Azərbaycan basın yayın orqanlarında çalışan, unversitetdə öyrənci ve öyrətmən olan bir çox vətəndaşlarımız Rusya Xusisi Xidmət orqanlarında çalışmalarında ittiham olunublar. Adların Rusya saytlarında yayılması bizdə çox suallar yaratmışdır. Biz düşünürük ki, bu daha çox gənclərimiz və xalqımız arasında etimadsızlıq mühütünün yaranmasına xidmət etməklə yanaşı, toplumumuzda inamsızlığın yaranmasına xidmət edən bir siyasətdir. Adları siyahıda olan gənclərimizin çoxu Azərbaycanımızın güclənməsi və qüdrətlənməsində ciddi rol oynayacaq bir aydın kəsiminin olmasını bilənlər, həmdə onların ləkələnməsini hədəf seçiblər. Biz hesab ediri ki, gənclərimizə atılan iftira dövlətçiliyimizə qarşı qəsd kimi dəyərləndirilməlidir. Biz onuda istisna etmirik ki, bu siyahının hazırlanmasında Rusya Xüsusi Xidmət orqanları ilə əməkdaşlıq edən sapı özümezdən olanlar mutlaka vardır və bəlkədə bu adamlar gənclərimizin adları olan siyahıdadır ki, özlərini gizlədə bilsinlər. İki üç vətən xayininə görə bizlər onlarla gənclərimizin ləkələnməsinə imkan verə bilmərik.
Sayın Əli bəy inanırıq ki, Azərbaycan dövlətinin varlığında böyük məsuliyət daşıyan DTX, sizin Rəhbərliyinizdə bu kimi bütün provakasyonların açılmasında öz sözünü dəyəcək və şəxsinizdə DTX olan millətimizin inamını daha da artıracaq.
Sayğılarla
Cahandar Bayoğlu
Turan Partiyası G. Başqanı