Ceyhun Bayramov Gürcüstan səfərindən yazdı
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri barədə yazıb.
C.Bayramov özünün “Twitter” hesabında qeyd edib ki, o, ikitərəfli strateji əlaqələrin daha da gücləndirilməsi barədə səmərəli müzakirələrin aparılacağını gözləyir.
“Biz beynəlxalq hüquq normaları və prinsiplərinə ciddi hörmət əsaslanaraq regional sülhü, təhlükəsizliyi və tərəqqini təmin etməkdə qərarlıyıq”, - deyə C.Bayramov əlavə edib.