r

“Barselona” Luis Suaresin taleyinə aydınlıq gətirdi

“Barselona” Luis Suaresin taleyinə aydınlıq gətirdi















“Barselona” klubu uruqvaylı hücumçu Luis Suaresin “Atletiko”ya keçdiyini elan edib.

Bu barədə məlumat Kataloniya klubunun rəsmi saytında dərc olunub.

Qeyd edilir ki, “Atletiko” 33 yaşlı hücumçuya görə “Barselona”ya altı milyon avro ödəyəcək.

Xatırladaq ki, L.Suares 2014-cü ildə “Liverpul”dan “Barselona”ya transfer olmuşdu.