“Avia.Pro.”: “Azərbaycan PUA-sı Ermənistanın “İsgəndər”ini məhv etdi”

“Avia.Pro.”: “Azərbaycan PUA-sı Ermənistanın “İsgəndər”ini məhv etdi”










Azərbaycan Silahlı Qüvvələrinin kamikadze-dronu Ermənistan Silahlı Qüvvələrinin “İsgəndər” əməliyyat-taktiki raket sistemini məhv edib.

Bu barədə “Avia.Pro.” məlumat yayıb.

Bu gün Ermənistanın silahlanmasında olan ən azı bir “İsgəndər” əməliyyat-taktiki raket sistemi Azərbaycanın kamikadze-dronu tərəfindən məhv edilib.

Azərbaycan mətbuatının məlumatına görə, söhbət ən azı üç raket kompleksinin yerləşdirildiyi bütöv bir bölgənin məhv edilməsindən gedir, bunların arasında pilotsuz təyyarədən çəkilmiş fotoşəkilə əsasən bir “Toçka-U” və iki “İsgəndər” kompleksi var.

Ermənistan Silahlı Qüvvələrinin taktiki raket sistemlərinin Kəlbəcər rayonu ərazisində yerləşdirildiyi və onlardan ən azı birinin birbaşa olaraq istifadədən dərhal əvvəl məhv edildiyi qeyd olunur.