Çinin pilotsuz kosmik aparatı Ay səthinə enib

Çinin pilotsuz kosmik aparatı Ay səthinə enib








Çinin “Chang'e-5” kosmik aparatı Ayın səthinə uğurla eniş edib.

Bu barədə “Haber Global” Çinin Milli Kosmik İdarəsinə istinadən məlumat yayıb.
Çinin bu proqramının məqsədi Ayın mənşəyi, yaranması və səthindəki vulkanik aktivlik haqqında məlumat əldə etməkdir.

Proqram uğurlu olacağı halda Çin SSRİ və ABŞ-dan sonra Aydan nümunələr götürən üçüncü ölkə olacaq.