TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)

Dekabr ayının 15-nə qədər mərkəzi televiziyada Vilyam Hacıyevin də haqqında, Quba rayon İcra hakimiyyətnin sabiq başçısı Yaşar Məmmədovla bağlı imzalanmış Sərəncamın eynisinin oxunması ehtimal olunur.Prezident İlham Əliyevin Sərəncamı ilə Yaşar Məmmədovun Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi əslində, ilin sonunda icra hakimiyyəti strukturunda baş verəcək dəyişkliklərin anonsudur. İllərdir ki, ölkə əhalisi kiçik padşahlardan qurtulma çabasındadır. Çünki Prezident Sərəncamları ilə təyin edilən başçılar rəhbərlik etdikləri bölgəni özlərinn kiçik muxtariyytları hesab edirlər. Lakin Yaşar Məmmədovun yeri dəyişilmədən görəvindən alınması “muxtariyyatların” ləğv edilərək, mərkəzi hakimiyyətin birbaşa nəzarətinə keçidinə işarədir.
Azerinews.org-a mlunat verən mənbə bildirir ki, İllərdir ki, İmişli rayonu da İcra hakimiyyətinin başçısı Vilyam Hacıyevin muxtariyyatına çevrilib. Uzun müddətdir bu bölgəyə rəhbərlik edən Hacıyev üçün 2017-ci ilin son ayı hakimiyyət ilinin də sonu ola bilər. Redaksiyaya rayondakı mənbədən daxil olan məlumatda cari ilin dekabr ayının 15-nə qədər mərkəzi televiziyada Vilyam Hacıyevin də haqqında, Quba rayon İcra hakimiyyətnin sabiq başçısı Yaşar Məmmədovla bağlı imzalanmış Sərəncamın eynisinin oxunması ehtimal olunur. Məlumatda bildirilir ki, uzun illərdir ki, rayondakı məmur özbaşınalığı ilə əlaqədar İcra hakimiyyəti başçısına edilən müraciətlərə biganə qalan Vilyam Hacıyevlə bağlı Prezident Admnistrasiyasına göndərilən şikayət xarakterli ərizələrin çoxluğu ölkənin siyasi rəhbərliyini İmişli RİHB haqqında nəhayət düşünməyə məcbur edib. Təsadüfi deyil ki, məmur özbaşınalığı, ayrı – ayrı dövlət müəssisələrinə büccədən ayrılan vəsaitin talanı, o cümlədən Prezident iradəsinə qarşı çıxmaq İmişlidə artıq adi hala çevrilib. Baş verən hadisələr və həmin hadisələrin yarada biləcəyi narazılıq bölgədə vəziyyətin ciddiliyindən xəbər verir. İllər öncə Vilyam Hacıyevin təyinatı isə sanki baş verən qanunsuzluqların ört – basdır edilməsi üçün imiş. Yaddaşları təzələyək.

1. Ötən il İmişli Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov PREZİDENT İRADƏSİNƏ QARŞI ÇIXARAQ RAYONDAKI RESTORANLARIN BİRİNDƏ 50 İLLİK YUBİLEYİNİ XÜSUSİ TƏMTƏRAQLA KEÇİRDİ.
Vilyam Hacıyev prosesdə sadəcə seyriçi rolunda idi. Hadisədən bir neçə ay sonra Prezident iradəsinə qarşı çıxan məmur rayonda fəaliyyət göstərən “Nərgizim” şadlıq sarayında, rəhbərlik etdiyi qurumun baş mühasibi Aqil Məmmədovun oğlunun toyunda sərxoş vəziyyətdə etdiyi yersiz hərəkətlərinə, o cümlədən uzun müddət disko mahnılarına rəqs etməsinə etiraz edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon şöbəsinin baş mühasibi Kərim adlı şəxsi döyərək ona fiziki xəsarətlər yetirdi. Hadisədən sonra Rəhimov haqqında xuliqanlığa görə cinayət işi açıldı və görəvindən alındı. Lakin bir neçə ay sonra Rəhim Rəhimov yenidən görəvinə qayıtmağı bacardı. Hətta Vilyam Hacıyevin xidməti otağından çıxandan sonra “hər şeyə yenidən başlayacam” – deyə bəyanat verdi. Vilyam Hacıyev yenə də susdu.

2. RİH Başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmi Atakişiyev RİH tərəfindən şəhərin abadlaşdırılması üçün növbəli şəkildə təhkim olunmuş Müradallı kənd icra nümayəndəsi Adil Kərimovu yumruqlayaraq döydü. Yəni “sən kim olursan ki..?” prinsipi...

TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq) İcra başçısının fəryadı: "Allahım nəydi günahım...!?"

Onu da xatırladaq ki, uzun illər İmişli pambıq zavodu kimi tanınan “İmişli-Pambıq” ASC-yə rəhbərlik etmiş Məmi Atakişiyev əslində “İmişli xanı” ləqəbi ilə tanınır. Atakişiyevin “sərgüzəştləri” bununla da bitmir. Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucova qarşı Məmi Atakişiyevin təzyiqlərinin qarşısını hətta Vilyam Hacıyev belə ala bilmədi. “İmşli rayon İcra Hakmiyyətinin başçısının bu məsələyə münasibəti necədir” – sualına, Y.Orucov “Məmi Atakişiyevin mənə qarşı olan münasibətini icra başçısı hər kəsdən daha yaxşı bilir.” – deyə cavab vermişdi. Prezidentin: "Qaçqınlar və məcburi köçkünlər Azərbaycanda ən ağır vəziyyətdə yaşayan insanlardır. Bizim hamımızın vəzifəsi ondan ibarətdir ki, həm dövlət tərəfindən, eyni zamanda qeyri-hökumət təşkilatları tərəfindən, özəl sektor tərəfindən onlara öz köməyimizi göstərək"- tezisi İmişlidə çoxdan unudulub. Əgər belə olmasa idi əslən rayonun Bəciravan kəndindən olan Məmi Atakişiyev Prezidentin birbaşa ideyası olan kənd rayonlarının tarixi ənənələrin bərpası ilə bağlı tapşırığına əsasən, Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucovu iqtisadi represiyaya məruz qoymazdı. Və Vilyam Hacıyev yenə də susdu.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansında olan, rayon mərkəzini iki hissəyə ayıran MTS adlı su kanalı üzərində tikilən müxtəlif təyinatlı kommersiya obyektlərindən sonra kanalın məcrası əsl zibilxananı xatırladır.

Sual olunur, İmişli rayon İcra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev su kanalının nəinki mühafizə zolağında, hətta kanalın birbaşa üzərində tikilən və bu pərakəndə tikililərdən sonra həmin su kanalının məcrasını əsl zibilliyə çevirəcək sərəncamı nə üçün və ya hansı məqsədlə imzalayıb? Əgər MTS adlı həmin su kanalının üzərində müxtəlif məqsədlərlə, pərakəndə şəkildə tikilmiş obyektlər haqqında sərancam yoxdursa, o halda həmin obyektlər neçə inşa edilib və ya icra hakimiyyətinin tabeliyində olan müvafiq quruma söküntü üçün nəyə görə göstəriş verilmir? Yoxsa Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeçilyndə olan qurmun – İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovun verdiyi “arayışları” geri qaytara bilmir?

Xatırladaq ki, İmişli Suvarma Sistemləri idarəsinin rəisi Nizami Məmmədovda PREZİDENT İRADƏSİNƏ QARŞI ÇIXAN MƏMURLARDANDIR. O DA, 50 İLLİK YUBİLEYİNİ MARTIN 8-DƏ, YƏNİ DOĞUM GÜNÜ PAYTAXTIN ƏN BAHALI RESTORANLARINDAN BİRİNDƏ – “ALTUN” SARAYDA KEÇİRMİŞDİ. Və bu dəfə də Vilyam Hacıyev nəinki susdu, hətta 88 gün sonra Nizami Məmmədovun yaxasına öz əli ilə medal da taxtdı.

4. İmşlidə Bayraq Meydanın giriş qapısına bitişik şəkildə tikilmiş pivəxananın məram və məqsədi xeyli suallar yaradır. Əcaba yaşından aslı olmayaraq hər kəsin sevməyə borclu olduğu Bayrağın ucaldığı meydana gedən yolu kəsərək, üzərində pivəxana tikilməsinə icazə vermənin nə anlamı var? Bəyəm sərxoşluq Bayraq sevgisimi yaradır? Görəsən Vilyam Hacıyev Meydana aparan asfalt döşənmiş yol örtüyünün düz üzərində tikilmiş pivəxana ilə bağlı sərəncam imzalayanda heç nə etdiyini düşünübmü?

TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)5. İmişli bəlkə ölkədə yeganə rayondur ki, burada Gənclər Mərkəzi öz funksiyasını el dili ilə ifadə etsək toyxana kimi icra edir. Halbuki ölkə Prezidentinin təşəbbüsü ilə yaradılan bu Mərkəzlərin funksiyası şadlıq evləri kimi fəaliyyət göstərmək deyil. Biz normalda İmişlidəki Gənclər Mərkəzinin kimə məxsus olduğunu da bilirik. Halbuki bu tip müəssisələr birbaşa dövlət obyektləri hesab edilməlidirt. Ola bilsin ki, İmişlidədə belədir. Lakin kağız üzərində.

TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)6. İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin sabiq rəisi Süleyman Bəşirov işində yol verdiyi korrupsiya faktına görə bir müddət öncə görəvindən alınmışdı. Aylardır ki, hüquq – mühafizə orqanları məsələni araşdırır. İlkin məlumata görə dövlət vəsaitinin mənimsənilmə faktl bir neçə yüz min manat məbləğindədir. Məlumatda o da qeyd edilirdi ki, mənimsəmə faktl əsasən “ölü canların” saxlanılması, təmir – tikinti işləri, dəftərxana ləvazimatlarının alınması və s hallarda olub. Bəs cənab Vilyam Hacıyev rayon üzrə Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimova, “ayrılan dövlət vəsaitinə nədən nəzarət etməmisən?” – sualını veribmi? Yoxsa “sənin missiyan özünə təm – təraqlı ad günləri keçirib, sözünün üstünə söz deyənləri döyməkdən ibarətdir” – deyib? Bu qədər mənimsəmə faktl olmadan, hadisədən ilk aylarda xəbər tutmaq olmazdımı? Və ya mənimsənilən həmin yüz minlərlə manat necə və ya hansı formada yenidən dövlət büdcəsinə qaytarılacaq?

7. Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabadın Mədəniyyət evində pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində çıxış edən İmişli rayon İcra hakimiyyətinin başçısı Vlyam Hacıyev bildirmişdi ki: “Cənab Prezident, Sizin pambıqçılığın yenidən inkişaf etdirilməsi ilə bağlı verdiyiniz tapşırıqlar biz imişlililərin ürəyincə oldu. Tapşırıqlarınızın icrasını təmin etmək məqsədi ilə rayonda bütün qüvvələr səfərbər olunub...

Azerinews.org-aüz tutan narazı yerli sakinlər ölkə başçısından kömək diləyir. Onlar prezidenti əmin edirlər ki, kənd təsərrüfatı sahəsində yüksək məhsul istehsalına nail olacaq əhalinin məşğulluğunu təmin edəcək və qarşımıza qoyduğunuz bütün vəzifələri sonadək uğurla yerinə yetirəcəyik. Amma rayonu illərdi sümürən icra başçısı istefaya göndərilsin. Bizlər hər gün bir neçə nəfərin əvəzinə gecəmizi, gündüzə qatmağa razıyıq. Sadəcə Vilyam Hacıyev rayondan getsin...

Bəs bu gün İmişlidə real vəziyyət necədir?

Nədən İmişli rayonu artıq ikinci ildir ki, qonşu Saatlı rayonunun bu sahədə hətta arxasınca belə sürünə bilmir?
Bəyəm Vilyam Hacıyevin rəhbərlik etdiyi rayonun əkin sahələri Saatlı rayonundakı məhsuldar sahələrdən daha yararsızdırmı?
Əsla.
Bəs elə isə...
Əslində özünü uzun illərdir ki, rayonun hakimi mütləqi hesab edən, dövlət sifarişli obyektləri rayonda fəaliyyət göstərən iş adamlarının maddi vəsaitləri hesabına inşa etdirərək, yüksək dairələrin yanında havalı – havalı gəzən icra başçısı real işdə - ölkə Prezidentinn konkret tapşırığı zamanı bacarıqsızlığını gizlədə bilmədi. Rəhbərlik haqsızı, möhtəkiri, qudurğanı müdafiə etmək deyil. Kənd bələdiyyəsinin sədri Prezidentin şəkili olan qəzeti ona hədiyyə edən jurnalistin sifətinə çırpdığı rayondur İmişli. Sıradan bir kənd bələdiyyəsinin sədrinn və hansısa icra nümayəndəsinin at oynatdığı məkandır İmişli. Prezident iradəsinə qarşı çıxan məmurların hələ də görəvlərində olduğu yerdir İmişli. Biz media olaraq Rəhim Rəhimovun. Nizami Məmmədovun, Məmi Atakişiyevin və adlarını növbəti araşdırmalarımızda çəkəcəymiz əyalət məmurlarının Vilyam Hacıyevi törətdikləri əməllərə seyriçi qalması üçün nələrə “əl atdıqlarını” da qeyd edəcyik.

Son olaraq onu da qeyd edək ki, İmişli bir qrup asi məmurun yaşayıb, işləyib. talan etdiyi məmləkətdir. Bu asiliyin ünvanı isə birbaşa Prezidentdir. Çünki ölkə başçısının məmurlara xitabən dediyi: “...dövlət məmurunu işə təyin edəndə verdiyim tapşırıqlar arasında bunlar da var ki, məmur təvazökar olmalı, xalqa xidmət etməli, xalqla bir yerdə olmalı, özünü xalqdan yuxarı tutmamalıdır” – fikirlər İmişlidə öz qüvvəsini itirib. Əgər belə olmasa idi yuxarıda qeyd etdiklərimiz baş verməzdi. Onu da qeyd edək ki, yazılanlar əldə olan faktların hamısı deyil.
Bizi izləyin.

Redaksiya məlumatda adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırdır.
TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)
TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)
TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)
TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)
TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)
TƏCİLİ: İmişli PANBIQ inqilabın astanasında - Prezident Vilyam Hacıyevə 15 gün vaxt verdi (yeni təyinat olacaq)