Gürcüstan səfirliyi: “Bakıda keçmiş SSRİ-nin ordusu müstəqilliyini tələb edən mülki əhalini cəzalandırıb”

Gürcüstan səfirliyi: “Bakıda keçmiş SSRİ-nin ordusu müstəqilliyini tələb edən mülki əhalini cəzalandırıb”










Gürcüstanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı rəsmi saytlarında məlumat yerləşdirib.
Məlumatda qeyd edilib ki, 9 aprel 1989-cu ildə Gürcüstanın paytaxtındakı faciə kimi, 20 yanvar 1990-cı ildə Bakıda keçmiş SSRİ-nin hərbi qüvvələri dinc əhaliyə atəş açaraq ölkənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyünü tələb edən mülki əhalini qəddarcasına cəzalandırıb:
“Qanlı əməliyyatda 133 nəfər həlak olmuş, 744 mülki şəxs xəsarət alıb”.
Bildirilib ki, 20 Yanvar 1990-cı il tarixinin 31-ci ildönümü münasibətilə Gürcüstan səfiri Zurab Pataradze səfirliyin işçiləri ilə birlikdə, ölkənin azadlığı uğrunda şəhid olmuş qəhrəmanların xatirəsini ehtiramla yad edib və Şəhidlər Xiyabanındakı abidə önünə gül dəstələri qoyublar.