ABŞ-da ağır yol qəzası: 133 avtomobil bir-birinə çırpıldı - YENİLƏNİB + VİDEO

ABŞ-da ağır yol qəzası: 133 avtomobil bir-birinə çırpıldı - YENİLƏNİB + VİDEO











ABŞ-ın Texas ştatında ağır yol nəqliyyat hadisəsinin yeni görüntüləri yayımlanıb.

“Dallas Morning News” xəbər verir ki, yolun buz bağlaması səbəbindən 133 avtomobil bir-birinə çırpılıb.

Son məlumata əsasən, qəza nəticəsində altı nəfər həlak olub, 65 nəfər xəsarət alıb.

02.30

ABŞ-da magistral yolların birində dəhşətli qəza hadisəsi baş verib.

“Haber Global”ın məlumatına görə, zəncirvari qəzada 100-dək avtomobil iştirak edib.

Onların arasında qoşqulu yük avtomobilləri də var.

Hadisə nəticəsində azı 5 nəfərin öldüyü, 10-larla şəxsin isə yaralandığı bildirilir. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu, bir sıra şəxslərin isə avtomobillərində sıxılı vəziyyətdə qaldığı qeyd olunur.