Qarabağda strateji əhəmiyyətə malik dəmiryolu xətti çəkilir - AÇIQLAMA

Qarabağda strateji əhəmiyyətə malik dəmiryolu xətti çəkilir - AÇIQLAMA














“Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xəttinin uzunluğu 100 kilometrdir. Dəmir yolu böyük strateji əhəmiyyətə malikdir”.
AzBaku.org-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Bayram Niftəliyev bildirib.

Onun sözlərinə görə, sözügedən dəmir yolu xətti ilə işğaldan azad edilmiş ərazilərə vətəndaşların gediş-gəlişi təmin olunacaq;

“Eyni zamanda, bu dəmir yolu xətti ilə yüklər daşınacaq ki, bu da böyük əhəmiyyətə malik olacaq”.

Şöbə müdiri qeyd edib ki, gələcəkdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolu xətti Naxçıvana qədər gedəcək.