Daha bir İcra Hakimiyyətində əməliyyat: Başçı, köməkçisi və müavini saxlanıldı
Şəmkir Rayon İcra Hakimiyyətində antikorrupsiya əməliyyatı keçirilib.
Sfera.az-ın məlumatına görə, əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, icra başçısının köməkçisi və adını dəqiqləşdirə bilmədiyimiz müavini saxlanılıb.
Hazırda əməliyyat tədbirləri davam edir.
Yaxın dəqiqələrdə daha ətraflı məlumat verməyə çalışacağıq.