Bakıda birinci siniflərə qəbulla bağlı komissiya yaradıldı

Bakıda birinci siniflərə qəbulla bağlı komissiya yaradıldı














“Artıq birinci sinfə şagird qəbulu ilə bağlı bütün hazırlıq işləri yekunlaşıb və aprelin 27-dən prosesə başlanılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Namiq Ağayev birinci sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə bildirib.

Onun sözlərinə görə, tədrisi digər dillərdə olan uşaqların müsahibəsi ilə bağlı müvafiq komissiyalar da yaradılıb:

“İnternetə çıxışı olmayan vətəndaşlar üçün alternativ qeydiyyat mərkəzləri həm ənənəvi, həm də onlayn formada təşkil olunacaq. Tədrisi digər dildə aparılan bölmələr üzrə müsahibələr üçün lazımi tapşırıqlar verilib”.