Azərbaycan Qəhrəmanı Arif Məmmədov Köçəri oğlunun anım gününü

Azərbaycan Qəhrəmanı Arif Məmmədov Köçəri oğlunun anım gününü

17 may 2021 tarixində Türk Dünyası Ocakları Azərbaycan Ölke Başkanlığın rəhbərliyi ilə Azərbaycan Qəhrəmanı Arif Məmmədov Köçəri oğlunun anım gününə həsr edilmiş tədbir həyta keçirtdi. İclası aparan TDO Ölkə Başkanı Aygün İbrahimova idi.
Polis zabiti olmuş Arif 1990 cı ildə, may ayının 17 - də Şəhid olmuşdur.
Arif Məmmədov Bədən Tərbiyəsi Universitetində təhsil almış,Xocavənd rayonunun Qaradağlı kəndində Polis Sahə Müvəkkili vəzifəsində çalışmışdır.
Gənc Arif idmanın bir neçə növü ilə peşəkar məşkul olurdu.O ilahi güc və qüvvətə, qeyri adi zəkaya malik bir gənc idi.Adı Olimpiya Çempionatlığında iştirak edəcək qaliblər siyahısına qeyd edilmişdi.General Məhəmməd Əsədovun sevib,seçdiyi,dəyər verdiyi kadr idi.O Ariflə çox fəxr edirdi.Arifi seçdiyi peşəsinin çox yüksək vəzifələrinə layiqli namizəd görürdü.
Bu ümidi, bu inamı yaradan Arifin idmanda və tutduğu vəzifədə qazandığı nailiyyətlər idi.
Polis Zabiti Arif Məmmədov dəfələrlə Qaradağlı kənd azərbaycanlılarını öldürən ermənilərə qarşı tabeliyində olan işçiləri ilə birgə, çox vaxt da tək başına əməliyyatlar keçirtmişdir və ziyanverici həşəratlar kimi qanımıza susamış düşmən erməniləri zərərsizləşdirmiş, məhv etmişdir.
Hər dəfə uğurlu olan əməliyyatı, son dəfə də alındı. Amma bu Onun sonuncu əməliyyatı oldu.
İxtişaş yaradan, gizli - gizli soydaşlarımızı öldürən erməniləri Arifgil tapıb,toplayıb,maşına doldurdular.
Gəlib posta çatanda tutduqları düşmənlərdən birinin aradan çıxdığını fərq etdilər. Arif tək Onun arxasınca gedir və tutur da.Geri dönəndə Qəhrəmanımızın başından snayperlə vururlar.
Gicgahından dəyən güllədən sonra Arif sükan arxasında özünü itirmir, güc toplayıb avtomobili xidmət sahəsinə çatdırır.
Arifi xəstəxanaya yetirirlər.Möcüzə olaraq 4 saat sağ qalan Arifin beyni parçalandığı üçün əlac olmadı. Həkimlər təəccüb və heyrət içində Tibb Tarixində belə bir hadisənin bu vaxtadək baş vermədiyini deyirdilər.
Əfsanəvi qəhrəman Arif Məmmədov Şəhid olur. Onun heyrətamiz qəhrəmanlıqları Qırmızı Ulduz medalı ilə təltif edilir.
Qardaş itkisindən sonra Arifin iki bacısı polis işləməklə öz acılarını soyutmağa cəhd edərək, qardaşlarının xatirəsini uca tuturlar.Bacılardan idmanda xüsusi fərqlənəni məhz Arifin yerində işləyir.
Mən təssüflə qeyd edirəm ki, amma əfsanəvi Qəhrəman Arif Məmmədov xalqımıza lazımınca tanıdılmayıb. Ağır olsa da qeyd edim ki, hətta unudulub, yalnız əzizləri tərəfindən yad edilir.
Boynumuzda haqqı olan, biziə görə, Vətən üçün qan töküb, can verən heç bir şəhidi unutmağa kimsənin haqqı yoxdur.
.
Toplantıda Qadın Qolları Başkanı Validə Vəliyeva, Xudu Xuduyev, Bakı Bölgə Başkanı Ənvər Qarayev,
Zəngilan Bölgə Başkanı Zakif Abbasov, Başkan Vəkili Samir Quliyev, Dissiplin Başkanı Elşən Məhərrəmov, və başqaları çıxış etdilər.
TSO Bakı şəhəri üzrə bölgə başqanı Ənvər Qarayev şəxsi vəsaiti ilə Pirşağa qəsəbəsində Şəhidlərimizin xatirəsinə bulaq yaratmışdı. Tədbirdən sonar tədbir iştirakçıları həmin bualağı ziyaret edib, Şəhidlərimizi bir dəqiqəlik sükutla yad etdilər.
Arif və cəmi Şəhidlərimizin ruhları şad olsun.
Qadın Qolları Başkanı Validə Vəliyeva.
Mətbuat Xidməti Başkanlığından Nərgiz Nağıyeva.