Avropada koronavirusa yoluxma sayında 10 faiz artım olub

Avropada koronavirusa yoluxma sayında 10 faiz artım olub













Avropada sosial məhdudiyyətlərin yüngülləşdirilməsindən sonra koronavirusa yoluxma sayında 10 faiz artım qeydə alınıb.

Bu barədə TASS Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Klugeyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, yoluxma sayında 10 həftə davam edən azalma sona çatıb.

“Ötən həftə yoluxma halları 10 faiz artıb”, - deyə o bildirib.

Hans Kluge buna səbəb kimi “delta” ştammını və çox sayda insanın hələ də peyvənd olunmamasını göstərib.