BAAU ECAR layihəsində

BAAU ECAR layihəsində











Bakı Avrasiya Universitetinin də tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində universitet təmsilçilərinin iştirakı ilə tədbir keçirilib. Tədbir ölkəmizdəki karantin qaydalarına uyğun olaraq on-line şəkildə təşkil olunub, layihənin həm Azərbaycan, həm də Avropa universitetlərindən olan tərəfdaşlarının nümayəndələri iştirak ediblər. Bakı Avrasiya Universitetini Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Səyavuş Qasımov və kafedra müdiri, dosent Sevda Rzayeva təmsil edib.
Layihənin koordinatoru Gülşən Bayramova gündəlikdə duran məsələləri görüş iştirakçılarının diqqətinə çatdıraraq görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışıb. O, layihə çərçivəsində keçirilmiş sorğular haqqında məlumat verib. Sorğuların analiz olunduğunu və ondan əldə ediləcək nəticələr əssında müvafiq təşəbbüslər irəli sürüləcəyini qeyd edib.
Daha sonra “Azərbaycanda Rektorlar Konfransı”nın yaradılması üçün müvafiq sənədlərin hazırlanması, təşkilatın quruluşu və hüquqi bazası haqqında müzakirələr aparılıb.
Görüşdə müzakirə olunan digər bir məsələ isə layihə çərçivəsində tərəfdaş olan Avropa təşkilatlarına rektorların səfərlərinin planlaşdırılması və həyata keçirilməsi barədə olub.
Qeyd edək ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməklə təhsilin keyfiyyətinə müsbət təsir göstərmək və Avropa təhsil sisteminə inyeqrasiyanı daha da dərinləşdirməkdir.
Layihənin koordinatoru Bakı Biznes Universitetidir.
BAAU ECAR layihəsində
BAAU ECAR layihəsində
BAAU ECAR layihəsində