Azərbaycan milli mətbuatının 146 yaşı tamam olur

Azərbaycan milli mətbuatının 146 yaşı tamam olur











Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 146il ötür.

Ölkəmizdə anadilli ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə qoyulub və "Əkinçi" qəzetinin nəşrə başladığı tarix Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Sizləri, Milli Mətbuat günü münasibəti ilə, Mətbuatın qanunlarını əməl edən, ədalətli vicdan səsinə qulaq asan, ləyaqətlə vətənini tərənnüm edən, cəmiyyətə nümunəvi örnək olan, ən əsası 44 gün ərzində Qarabağ uğrunda gedən vətən müharibəsində     gücünü vətən müdafiəsinə səfərbər edib, qələmini silah gücünə çevirən şərəfli jurnalistlərimizi peşə bayramı günü münasibətilə təbrik edirəm.
Jurnalistika əslində çox şanlı şərəfli bir peşədir.
Və bu peşə sahibləri vətənə xəbər elanında birinci, xidmətdə, silahli orduda ikinci , cəmiyyətə materialları təqdimatda üçüncü hakimiyyətə isə dördüncü yerin sahibləridir.
 Jurnalistlər qələm, söz sərrafı olaraq sonsuz hörmətə, izzətə layiq insanlardır. Jürnalist adını şərəfləndirən qələm sahibləri sizlərlə fəxr edirik!