Аzərbаycаn Dillər Univеrsitеti (ADU) təhsil müəssisəsində bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib.
AzBaku.info Report-a istinadən xəbər verir ki, müsаbiqədə iştirаk еtmək istəyənlər sənədlərini elan dərc оlunduğu gündən 30 gün kеçənədək rektorun adına yazılmış ərizə ilə birlikdə Bаkı şəhəri, AZ1014, R.Bеhbudоv küçəsi, 134 ünvanına göndərə bilərlər.
Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.
ADU-da boş olan vəzifələr aşağıdakılardır:
1. İngilis dilinin leksikologiya və üslubiyyatı (FJF) müəllim - 2,5 yer
2. İngilis dilinin leksikologiya və üslubiyyatı - 1(TF) müəllim - 1,5 yer
3. İngilis dilinin leksikologiya və üslubiyyatı - 2 (TF) baş müəllim - 2 yer
müəllim - 1,5 yer
4. İngilis dilinin fonetikası - müəllim - 2 yer
5. İngilis dilinin qrammatikası - dosent - 1 yer, baş müəllim - 3 yer
6. Linqvokulturologiya - müəllim -2 yer
7. Xarici dillər (TF) - baş müəllim - 0,5 yer
8. Alman dilinin fonetikası və qrammatikası - dosent - 1 yer
9. Fransız dilinin leksikologiya və üslubiyyatı - dosent - 0,25 yer
10. Mülki müdafiə və tibbi biliklərin əsasları - müəllim -3 yer
11. Regionşünaslıq - müəllim - 2 yer
12. Psixologiya - dosent - 1 yer