Azərbaycanda toy yasa döndü

Sumqayıtda toy məclisi zamanı bıçaqlanma hadisəsi baş verib.

AzBaku.info report.az-a istinadən bildirir ki, hadisə Sumqayıt şəhərində baş verib.

1988-ci il təvəllüdlü Muradov Şahin Malikəjdər oğlu şadlıq sarayında keçirilən toy məclisi zamanı tanışı ilə mübahisə edib. Mübahisə nəticəsində o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.