Bakıda mənzildə meyitləri tapılan şəxslərin ailə olmadığı məlum olub.
Məlumata görə dünyasını dəyişən həmin şəxslər 20-30 yaş arası olan 4 kişidir.
Qeyd edək ki, hadisə bu gün paytaxtın Nərimanov rayonu, Ağaoğlu küçəsi 7 ünvanında qeydə alınıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
İlkin versiyaya görə, onlar dəm qazından və ya qidadan zəhərlənib.
Həmin şəxslərin mənzilə 10 gündür köçdüyü və yaxınlıqda ticarətlə məşğul olduğu bildirilir.