ABŞ-ın Kaliforniya ştatında pis hava şəraiti nəticəsində 180 minə yaxın ev işıqsız qalıb.
Saatda 136 km-ə çatan güclü külək San-Fransisko Beynəlxalq Hava Limanında 70-dən çox reysin təxirə salınmasına səbəb olub. Həmçinin bildirilir ki, ştatın bəzi ərazilərində küləyin sürəti hətta saatda 209 km-ə çatıb.
Əlverişsiz hava şəraiti səbəbindən bir uşaq və 19 yaşlı qız dünyasını dəyişib.Saatda 136 km-ə çatan güclü külək San-Fransisko Beynəlxalq Hava Limanında 70-dən çox reysin təxirə salınmasına səbəb olub. Həmçinin bildirilir ki, ştatın bəzi ərazilərində küləyin sürəti hətta saatda 209 km-ə çatıb.
Kaliforniya qubernatoru bütün ştatda fövqəladə vəziyyət elan edib ki, bu da sakinlərə daha sürətli yardım göstərməyə imkan verəcək.