Avropa ölkələrində 4 günlük iş həftəsindən sonra indi də məktəblərdə tədrisin 4 günə endirilməsi təklif olunur. Belə ki, İslandiyadan sonra İngiltərə də 4 günlük tədrisə keçməyi planlaşdırır.
Buna səbəb kimi isə məktəblərdə artan enerji xərcləri göstərilir.
Mövzu ilə bağlı danışan millət vəkili Etibar Əliyev söyləyib ki, ölkəmizdəki mövcud təhsil sistemi 4 günlük tədrisə keçməyə imkan vermir:
“Avropada və təhsil sistemi inkişaf etmiş digər ölkələrdə yay boyu uşaqların təhsilinə diqqət ayrılır. Şagirdlər tədrisdən tamamilə ayrılmırlar. Digər tərəfdən, həmin ölkələrdə şagird sıxlığı ilə bağlı problemlər yoxdur. Bütün bunların hamısı bir məsələyə köklənir ki, proqram tam şəkildə yerinə yetirilsin. Bəs, bizdə indiki şəraitdə 4 günlük sistemə keçərək tədris proqramını şagirdə mənimsətmək mümkündürmü? Bizim məktəb və müəllimlər bu yükü çəkə bilərmi? Əsas sual bunlardır.
Reallıq budur ki, bugünkü durumda 5 günlük tədris çərçivəsində məktəblə yanaşı, repetitor xidməti də tədris proqramın normal şəkildə mənimsədilməsinə kifayət etmir.
Pedaqoq və ekspertlər də hesab edirlər ki, bizdə təhsil proqramı ağırdır, dərsliklər çətin dildə yazılır. Ona görə də problemlər təhlil olunandan sonra yaxın gələcəkdə “4 günlük təhsil sisteminə keçmək olarmı” sualının cavabı üzərində müzakirələr aparmaq olar. Dövlət İmtahan Mərkəzinin hər il keçirdiyi qəbul imtahanları göstərir ki, şagirdlər proqramı 40-50 faiz mənimsəmirlər. Belə olan halda necə 4 günlük məktəbə keçmək olar?!”
Deputatın fikrincə, tədrisin keyfiyyəti həm də onun müddətindən asılıdır:
“Sabiq ABŞ Prezidenti Barak Obama çıxışlarının birində qeyd etmişdi ki, (Cənubi) Koreya orta təhsili ABŞ təhsilini ona görə qabaqlayır ki, orada uşaqlar nisbətən uzun müddət dərslərə gedirlər. Bunun özü də maraqlı faktdır.
Hesab etmirəm ki, bizdə tətil müddəti uzundur. Sadəcə, Azərbaycanda tətillərin effektivliyi yoxdur. Uşaqlar yay tətilində düşərgələrdə iştirak edə bilirlərmi? Bilik həmişə aktiv və dinamik olmalıdır. Məsələn, bizdə yay tətili çatanda məktəblər dərslikləri uşaqlardan alır. Bəs onlar yayda mövzuları necə təkrar etsinlər?!”
Təhsil eksperti Elşən Qafarov isə hesab edir ki, 4 günlük tədris rejiminə keçid əslində, tədrisin inkişafı üçün atılmış addım deyil:
“Hazırda Avropa ölkələri tədrisin inkişafı ilə bağlı deyil, yaranmış vəziyyətə görə qərar qəbul ediblər. Çox şükür, Azərbaycanda enerji və istiliklə bağlı problem yoxdur. Ayrı-ayrı məktəblərdə texniki problemlər qısamüddətlidir və aradan qaldırılır. Düşünürəm ki, hazırda ölkədə tədrisin 4 günlük rejimə keçirilməsi müzakirə mövzusu deyil və buna heç bir lüzum yoxdur”.
E.Qafarov hesab edir ki, bu məsələyə yalnız təhsildəki mövcud problemlər aradan qaldırıldıqdan sonra baxıla bilər:
“Finlandiyada 4 günlük dərs rejiminə keçilməkdə əsas məqsəd uşaqların daha çox valideynləri ilə qalmasını təmin etməkdir. Azərbaycanda bu rejimi tətbiq edənə qədər həll edilməli olan çox ciddi problemlər var.
Əvvəla, ölkənin məktəblərinin təqribən 25 faizindən çoxunda (təqribən 1300 məktəb) məktəb 2-3 növbədə işləyir. Yəni bizdə məktəb qıtlığı var. Bu da ən çox başda Bakı, Abşeron, Sumqayıt olmaqla, Gəncə, Lənkəran və Mingəçevir kimi şəhərlərdə müşahidə olunur.
Bundan əlavə, ölkənin təhsil sisteminə repetitorluq hökmranlıq edir. Yəni şagird məktəbdən sonra evə yox, kurslara və ya repetitor yanına gedir. Məktəblilərimiz gündə 10-12, bəzən 14-15 saat təhsillə məşğul olurlar. Bu da onların gələcək psixi və fiziki inkişafına çox ciddi mənfi təsir göstərir. Daha sonra müəllim peşəkarlığı, dərsliklərin yaxşılaşdırılması, tədrisin keyfiyyətinin ölçülmə meyarları və s. üzərində işləməliyik.
4 günlük rejimə keçilən ölkələrdə isə bu problemlər yoxdur və ya çox cüzidir. Qarşımızda duran dağ boyda problemləri aradan qaldırdıqdan sonra gələcəkdə bu mövzu müzakirə oluna bilər, lakin indi real görünmür”.