Türkiyədə özəl təhsil müəssisəsində işləyən müəlimənin geyimi müzakirələrə səbəb olub.
Qadının geyim tərzi birmənalı qarşılanmayıb.
Müəllimənin videosu sosial mediada izlənmə rekordları qırıb. Müəlliməni tənqid edənlərlə yanaşı, dəstək olanlar da az olmayıb. Bəzi sosial media istifadəçiləri hesab edir ki, müəllimə yuxarı yaşda olan şagirdlərə dərs keçdiyi üçün onun geyimi problem olmamalıdır. Bəziləri isə qeyd edib ki, müəllimə belə geyimi ilə şagirdlərin fikrini yayındırır.