Yol polisi qayda pozan "Range Rover"i saxlamaq əvəzinə dayanıb yol verdi - VİDEO

"Range Rover" yol polisinin gözü önündə qoşa xəttin tələbini kobud şəkildə pozub
"Həzi Aslanov" metrosundan Ukrayna dairəsi adalanan istiqamətdə hərəkət edən DYP avtomobili gözlənilməz hərəkətə yol verib. Avtosfer.az xəbər verir ki, azxeber.com-un əldə etdiyi görüntünü sürücülərin birinin avtomobilindəki kamera lentə alıb. Hərəkətdə olan DYP avtomobili qarşıdan gələn qara Range Rover markalı avtomobilə yol verib. "Range Rover" yol polisinin gözü önündə qoşa xəttin tələbini kobud şəkildə pozaraq sola dönmə əməliyyatını yerinə yetirib.
Bu mənzərə qarşısında sürücünü cərimələməli olan DYP əməkdaşı avtomobilini sürərək hadisə yerindən uzaqlaşıb.
Həmin görüntüləri təqdim edirik: