Pentaqon Rusiyanın öz üzərinə götürdüyü “Milad atəşkəsi”ni pozduğunu müəyyən edib.
Bu haqda ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Laura Kuper qeyd edib.
O bildirib ki, dekabrın 6-da prezident Vladimir Putin birtərəfli qaydada atəşkəs elan etsə də, Rusiya Silahlı Qüvvələri hərbi əməliyyatları dayandırmayıb.
Kuper Putinin bəyanatını sonda nəticə verməyən “təbliğat hiyləsi” adlandırıb.
Pentaqon rəsmisnin sözlərinə görə, Rusiya Ukrayna mövqelərinə mənasız hücumları davam etdirib.
Xatırladaq ki, Rus Pravoslav Kilsəsinin rəhbəri Kirilin pravoslavların bu günləri kilsədə rahat keçirə bilməsi çağırışından sonra Putin yanvarın 6-da “Milad bayramı” atəşkəsi elan etmişdi.
Ukrayna işğalçı dövlətin “sülh təşəbbüsünü” dərhal rədd etdiyi üçün “atəşkəs”in birtərəfli qaydada “həyata keçiriləcəyi” iddia olunurdu. (moderator)