Taksi qiymətləri kəskin artdı

Hava şəraiti ilə əlaqədar taksi qiymətlərində kəskin artım müşahidə olunur.
 
Taksi xidməti göstərən avtomobillərin tapılmasında çətinliklər yaranıb.
 
Qiymətlərdə isə kəskin artım müşahidə olunur. 3-5 manat arası dəyişən məsafə üçün hazırda 20-30 manat arası qiymətlər göstərilir.
 
Qeyd edək ki, ötən gecədən etibarən Bakıda və Abşeron yarımadasında qar yağır. Bu gün havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Paytaxtda qeyri-sabit hava şəraiti yanvarın 12-dək davam edəcək.