Rusiya Futbol İttifaqının şikayəti rədd edildi


İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) şikayətini rədd edib.
Bəyanat məhkəmənin saytında dərc olunub.
Qurum RFS-nın FIFA-nın Rusiya milli komandasının 2022-ci il dünya çempionatının pley-off mərhələsində iştirakını dayandırması ilə bağlı qərarından verdiyi şikayəti təmin etməyib.
"Şura üzvlərinin əksəriyyəti ali futbol qurumunun üzləşdiyi fövqəladə şəraitdə qərarın ağlabatan və yarışların təhlükəsizliyini təmin etmək üçün zəruri olduğu qənaətindədir", - bəyanatda bildirilib.
Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya millisini, həmçinin bu ölkənin klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.
mənbə: İzvestiya