Qazinin ölüm səbəbi açıqlandı

Qazi 05.01.2023-cü il tarixində Sabunçu Tibb Mərkəzindən Kliniki Tibbi Mərkəzə decubitus xorası ağırlaşması səbəbilə köçürülüb.
 
06.01.2023-cü il tarixində vəziyyəti ağırlaşıb və sepsis diaqnozu ilə süni tənəffüs aparatına qoşulub. 07.01.2023-cü il tarixində “YAŞAT” Fondunun dəstəyi ilə özəl tibb müəssisəsinə təxliyyə olunub.

Sözügedən qazi Fondun dəstəyi ilə Türkiyədə də müalicə alıb. 
 
08.01.2023-cü il tarixində pasiyentdən götürülən analizin nəticəsində COVID-19 aşkarlandığı üçün ağır vəziyyətdə Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səyinə baxmayaraq, o, 11.01.2023-cü il tarixində vəfat edib.