İndiyə qədər Media Reyestrində qeydiyyatdan keçmək üçün 200 media subyekti müraciət edib.
Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında bildirib.
Onun sözlərinə görə, 150 media subyektinin qeydiyyatı təsdiqlənib. Bundan başqa, 180-ə yaxın jurnalistin Media Reyestrindən keçirilməsi təsdiqlənib.